Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 08:46
Fransa Prezidenti Emmanuel Makron fransızlara bildirib ki, böhran fonunda eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün daha çox çalışmalı olacaqlar.
Sonxeber.net "Report"a istinadən bildirir ki, o, bu fikri "France 2" telekanalına müsahibəsində bildirib.
Jurnalist dövlət başçısından fransızlara yüksək inflyasiya şəraitində alıcılıq qabiliyyətini necə saxlamaqla bağlı məsləhətlər verməsini xahiş edib. Fransa dövlətinin başçısı ona belə cavab verib: "Əgər uğur qazanmaq istəyiriksə, tərəqqi istəyiriksə, daha çox işləməyə başlamaqdan başqa çarəmiz yoxdur".
Makron əlavə edib ki, kim daha çox işləyirsə, dövlət iş vaxtından artıq işlədiyi saatlara görə onu vergi ödəməkdən azad edəcək.