Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 12:12
Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan deputatı İrakli Xaxubianın qəfil ölümü ilə bağlı detallar açıqlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, deputatın ölümü ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başladıb.
Məlumata görə, deputatın meyiti bu gün səhər ailə üzvləri tərəfindən tapılıb. Hadisə yerində, həmçinin odlu silah aşkarlanıb.
Deputatın meyiti tibbi-ekspertizaya göndərilib və evi sarı lentlə əhatəyə alınıb.