Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülşənə qoyulan bu qadağa ləğv edildi

Gülşənə qoyulan bu qadağa ləğv edildi

Tarix: 27 Oktyabr 2022 18:14

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlu barədə yeni qərar verilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə məhkəməsi baş tutan sənətçinin polisə gedərək hər gün imza atması barədə qəbul edilən qərar ləğv olunsa da, xarici çıxmasına qoyulan qadağa qüvvədə qalmışdı.

Gülşənin vəkilinin qərara etiraz etməsi nəticəsində sənətçinin xaricə çıxması qadağası 250 min lirə güvən ödənişiylə ləğv olunub.

Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Həbs olunan Gülşən məhkəmədə həbs olunmadan mühakimə olunmaq istədiyini bildirmişdi  Daha sonra sənətçi ev həbsinə buraxılmışdı.


Etiketlər:  Gülşənə qoyulan qadağa ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ