Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 20:28
Birləşmiş Ştatlar Rusiyanın Ukrayna üzrə sülh danışıqlarına tezliklə başlamaq niyyətində olmadığını hesab edir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Vladimir Putinin tezliklə danışıqlar masasına oturmaq arzusu yoxdur", - o, jurnalistlərə bildirib.
Kirbi gələcəkdə də ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Qvineya-Bisau Prezidenti Umaru Sissoku Embalo ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Putinlə danışdığını və Rusiya liderinin danışıqlara hazır olduğunu bildirmişdi.