Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 19:18
ABŞ-də yerli sakin hüquq-mühafizə orqanlarının əməkdaşlarına 10 il əvvəl ölən və serial manyakı olan 70 yaşlı atası haqqında danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Ayova ştatında baş verib.
Sakinin dediyinə görə, 30 il ərzində atası 70-ə yaxın qadını öldürüb. O, qadınları yük maşınına cəlb etdikdən sonra orada qətlə yetirirmiş. Həmişə uşaqları ilə gəzdiyindən kişinin maşını heç zaman yoxlanılmayıb.
Qadının sözlərinə görə, o və qardaşı cəsədləri gizlətməkdə atalarına kömək etmək məcburiyyətində qalıblar (qardaşı intihar etdiyinə görə bunu təsdiqləmək mümkün olmayıb).
"O, bizə quyuya getdiyini deyirdi. Mən bunun nə demək olduğunu bilirdim", - deyə qadın olanları dəhşət içində xatırlayır.
İstintaqın ilkin versiyasına görə, həmin şəxs bir-birinə oxşayan və əsasən fahişəliklə məşğul olan qurbanları seçirmiş.