Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 08:15
Türk xalqının tarixində yeni dövr açan hadisə - Türkiyə Cümhuriyyətinin elan edilməsindən 99 il ötür.
Cümhuriyyətin elan edilməsi ilə dövlət idarəçiliyində "Suverenlik qeyd-şərtsiz millətindir" şüarı öz yerini tutub.
Hər il oktyabrın 29-da türk xalqı əsas milli bayramını - Respublika Gününü qeyd edir.
1923-cü ilin bu günü Türkiyə Cümhuriyyət elan edilib. 1925-ci il aprelin 19-da Türkiyə Böyük Millət Məclisi oktyabrın 29-nu milli bayram elan edib.
Gizli səsvermədə 158 deputatın hamısının səsini toplayan Mustafa Kamal (Atatürk) yeni Türkiyə dövlətinin ilk prezidenti seçilib.
Bununla da dövlətin adı və idarə forması ilə bağlı mübahisələrə son qoyulub.