Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arşakyan Zaxarovanı təhqir etdi: Nankor, alkoqolik...

Arşakyan Zaxarovanı təhqir etdi: Nankor, alkoqolik...

Tarix: 29 Oktyabr 2022 08:27

Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da Ermənistanın sanksiya siyahısına düşdü.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu fikirlərlə tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

"Artıq ikinci gündür ki, Köçəryan və Sərkisyanın rusiyalı təbliğatçıları tərəfindən nəzarət edilən KİV-lər rəsmi İrəvanın rusiyalı deputat Konstantin Zatulinin və RT-nin rəhbəri Marqarita Simonyanın Ermənistana girişini qadağan etmək qərarına görə sanki saçlarını yolurlar.

Rusiya rəsmiləri də İrəvanın "qara siyahısı"ndan kənarda qalmadılar. Beləliklə, gürcü ermənisi Kələntəryanın pulu ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü təyin edilən nankor və xroniki alkoqolik Maşka Zaxarova ölkəmizin mövcud hakimiyyətinə qarşı son dərəcə aqressiv açıqlamalar verib. O ki qaldı Zatulinə, əslində onu da deputat edən Soçidə yaşayan ermənilər olub.

Marqo Simonyanın isə ümumiyyətlə ermənilərlə bir bağlılığı yoxdur. Bu adam müsahibələrindən birində "erməni dilini bilməməyimlə fəxr edirəm" deyib. Budur ki, İrəvan düz edib bu adamları "qara siyahıya" salıb", - deyə o qeyd edib.


Etiketlər:  Arşakyan Zaxarovanı təhqir etdi Nankor alkoqolik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ