Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Vaşinqtonda mötəbər konfransda təmsil olunub - VİDEO - FOTO

Azərbaycan Vaşinqtonda mötəbər konfransda təmsil olunub - VİDEO - FOTO

Tarix: 29 Oktyabr 2022 09:48

Vaşinqtonda "Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya" mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konfrans ABŞ-ın Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumlar, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Amerika Katolik Universitetində təşkil edilən konfransda "Simon Wiesenthal" Mərkəzinin sədr müavini Abraham Kuper, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şneyer, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev, xoşməramlı səfir və BMT-nin Təcrübəçi və Təqaüdçülərinin Dünya Assosiasiyaları üçün Sülh və İnkişaf üzrə xüsusi elçisi keşiş Art Uilson, Türkiyənin ABŞ-dakı səfiri Hasan Murat Mercan, Vaad L'Hatzolas Nidchei Yisroel təşkilatının prezidenti Ravvin Efraim Hasenfild, Amerika Dəyanət Mərkəzinin direktoru professor Hafiz Ahmet Salih Bayraktar, professor Robert A.Destro, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digərləri çıxış ediblər. Natiqlər "Davamlı İnkişaf və Sülh üçün Dinlərarası Harmoniya: Dini baxımdan çoxluq və azlıq anlayışı" və "Multikultural və dini təhlükəsizliyin qorunmasında dinlərarası dialoqun rolu" mövzularında öz fikirlərini bildiriblər.

Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimin bağlanış nitqi ilə başa çatıb.

Konfransda "Müxtəlif inanclar, ortaq dəyərlər" adlı fotosərgi də nümayiş etdirilib.

Milli.Az


Etiketlər:  Azərbaycan Vaşinqtonda mötəbər konfransda təmsil olunub VİDEO FOTO


RƏYLƏR