Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin İlham Əliyev və Paşinyanla birgə bəyanatın razılaşdırıldığını bildirdi

Putin İlham Əliyev və Paşinyanla birgə bəyanatın razılaşdırıldığını bildirdi

Tarix: 31 Oktyabr 2022 22:33

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatın razılaşdırıldığını deyib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiya lideri bildirib ki, Əliyev və Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.

Putin qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarığını nümayiş etdirib.

Rusiya Prezidenti bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.

O qeyd edib ki, Rusiya regionda dialoqun davam etdirilməsi və münaqişəyə son qoyulması üçün Ermənistan və Azərbaycanla təmasdadır.

Milli.Az


Etiketlər:  Putin İlham Əliyev Paşinyanla birgə bəyanatın razılaşdırıldığını bildirdi


RƏYLƏR