Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 08:03
"Rusiya, Ermənistan və Azərbaycan qapalı formatda Soçi sammitindən sonra üçtərəfli bəyanatla razılaşdırılmamış məsələlər üzərində işləməyə davam edəcəklər, bunlara diqqət yetirməyə ehtiyac yoxdur".
Bunu Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşdən sonra açıqlamasında deyib.
Rusiya dövlət başçısı Soçi sammitindən sonra üçtərəfli bəyanatda razılaşdırıla bilməyən məqamların səsləndirilməsi ilə bağlı suala də cavab verib:
"Razılaşdırılmamış məsələlərə gəlincə. Bunu deyə bilərəmmi? Mümkündür, amma lazım deyil. Çünki onlar hələ də həllini tapmayıbsa, fikrimcə, hökumətin diqqətini cəlb etmək lazım deyil. Bunlar çox incə şeylərdir, hər iki tərəf üçün həssasdır və mən özümü tərəfdaşlarımın razılığı olmadan kənarda qalmaq hüququna malik hesab etmirəm".