Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başqasının cinayətinə görə səhvən 38 il həbsdə yatdı

Başqasının cinayətinə görə səhvən 38 il həbsdə yatdı

Tarix: 1 Noyabr 2022 19:30

Amerikalı bir adam səhvən törətmədiyi qətlə görə 38 il həbs cəzası çəkib və DNT testindən sonra sərbəst buraxılıb.

Sonxeber.net bildirir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb.

1983-cü ildə Kaliforniyanın İnqlvud şəhərində 30 yaşlı Roberta Vaydermayer axşam supermarketə gedərkən qarət edilib, zorlanıb və başından güllələnib. Qadının meyiti daha sonra oğurlanmış avtomobilinin yük yerində tapılıb. Mərhumun əri və dostu oğurlanmış avtomobili idarə edən kişini gördüklərini bildiriblər. Hazırda 69 yaşı olan Moris Hastings qadını öldürməkdə və ərini və dostunu öldürməyə cəhddə ittiham olunub.

İlk məhkəmə prosesində münsiflər heyəti yekdil qərara gəlməyib. İkinci proses dörd ay çəkib: 100-dən çox şahid dindirilib, 300-ə yaxın maddi sübuta baxılıb. Münsiflər heyəti iki həftə müzakirə edərək, adamı qətldə təqsirli bilib. Hastings 1988-ci ildə şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Məhkum əvvəldən onun günahsız olduğunu və başqasının cinayətinə görə mühakimə olunduğunu bəyan edib.

Koroner Vaydermayerin bədənində sperma izlərini tapıb. 2000-ci ildə Hastings ilk dəfə DNT testi tələb edib, lakin prokurorluq bu tələbi rədd edib. Nəticədə, DNT testi Hastingsdən gələn başqa bir şikayətdən sonra yenə də aparılıb. Nəticələr tapılan bioloji materialın ona aid olmadığını göstərib.

DNT nümunəsi başqa bir qadını qaçırmaqda təqsirli bilinən cinayətkarın nümunəsi ilə uyğun gəlib. O, başqa qurbanını da maşının baqajına atıb, 56 il həbs cəzasına məhkum edilib və 2020-ci ildə həbsdə ölüb. Rayon prokurorluğu bu şəxsin adını açıqlamayıb, lakin məlumdur ki, müstəntiqlər artıq onun Vaydermayerin qətlindəki rolunu aydınlaşdırmaq üçün polislə işləyirlər.

Oktyabrın 20-də məhkəmə vəkillərin Hastinqsə qarşı bütün ittihamları ləğv etmək tələbini təmin edib. "Hastinqsin başına gələnlər dəhşətli ədalətsizlikdir. Ədliyyə sistemi mükəmməl deyil və biz ittiham tərəfini şübhə altına alan yeni dəlilləri öyrəndikdə tez hərəkət etməliyik", - rayon prokuroru Corc Qaskon deyib.

"Uzun illərdir ki, bu günün gəlməsi üçün dua edirəm. Barmağımla heç kimi göstərmirəm, özümü əziyyət çəkən kimi göstərmirəm. Mən sadəcə olaraq həyatdan həzz almaq istəyirəm və mən irəli getmək istəyirəm", - Hastings bildirib. O, vəkillərinə və ona dəstək olan digər şəxslərə, o cümlədən iyun ayında dünyasını dəyişən anasına təşəkkür edib.

İrfan Vəliyev


Etiketlər:  Başqasının cinayətinə görə səhvən həbsdə yatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ