Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran bu ölkəyə hücuma hazırlaşır - TƏFƏRRÜAT

İran bu ölkəyə hücuma hazırlaşır - TƏFƏRRÜAT

Tarix: 3 Noyabr 2022 12:10

Qonşuları ilə hərb və güc dilində danışmağa üstünlük verən İran növbəti ağlasığmaz plannını reallaşdırmağa çalışır. Bu dəfə hədə Səudiyyə Ərəbistanı seçilib. Rəsmi Ər-Riyad ABŞ-a İranın onun ərazisinə hücuma hazırlığı ilə bağlı kəşfiyyat məlumatı verib. "İran Səudiyyə Ərəbistanına "qaçılmaz hücuma" hazırlaşır", yazan WSJ-nin məlumatına görə, səudiyyəlilər bu cür kəşfiyyat məlumatları ABŞ-a ötürüblər. "İrandan gələn siqnallar ciddi qəbul edilməlidir", - deyə Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos LIGA.net-ə deyir: "Əgər bu, etirazları yatırtmaq üçün edilərsə, mütləq davamı olacaq".

Lakin mütəxəssislər açıq münaqişənin mümkün olmadığını düşünürlər. Amma belə olarsa, İran Putinin ordusuna silah tədarükünü dayandıra bilər. 

Xatırladaq ki İran və Səudiyyə əbədi münaqişə vəziyyətindədir. İran şiə İslam respublikasıdır, Səudiyyə Ərəbistanı isə özünü aparıcı sünnü İslam dövləti kimi görür. 2016-cı ildə iranlı etirazçıların şiə din xadiminin edam edilməsinə görə Tehrandakı səfirliyinə basqın etməsindən sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsib. Xəbərdarlığa cavab olaraq Səudiyyə Ərəbistanı, ABŞ və bir sıra digər qonşu ölkələr öz ordusu üçün həyəcan təbili çalıb. Səudiyyə rəsmiləri bildiriblər ki, İran sentyabr ayından bəri ölkəni bürüyən və yalnız oktyabrın sonlarında kəskinləşən daxili etirazlardan diqqəti yayındırmaq üçün İraqa hücum etməyə də hazırdır. Oktyabr ayında İran Səudiyyə Ərəbistanından etirazların peyk yayımını məhdudlaşdırmağı tələb edib. İranlı general-mayor Hüseyn Salami WSJ-dən sitat gətirib: "Bu, son xəbərdarlıqdır, çünki siz bu media vasitəsilə bizim daxili işlərimizə qarışırsınız".

Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos LIGA.net-ə deyib: "İranın bəyanatları ciddi qəbul edilməlidir. Əgər bütün bunlar etirazları yatırtmaq üçün edilərsə, bunun davamı mütləq olacaq".

Yayılan məlumata görə, Səudiyyə Ərəbistanında olan ABŞ-ın F-22 qırıcıları istənilən təhlükə ilə üzləşməyə hazırdır. Bunu adının açıqlanmasını istəməyən ABŞ rəsmisi CNN-ə bildirib. Nəşrin məlumatına görə, İranın mümkün hücumunun hədəfi enerji obyektləri ola bilər.

Azər Nuriyev
Milli.Az


Etiketlər:  İran bu ölkəyə hücuma hazırlaşır TƏFƏRRÜAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ