Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusdan 411 gün sonra sağalıb

Koronavirusdan 411 gün sonra sağalıb

Tarix: 6 Noyabr 2022 03:32

Böyük Britaniyada ən uzun müddət koronavirusa yoluxan xəstə sağalıb - 411 gün sonra.

Milli.Az bildirir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

59 yaşlı kişi 2020-ci ilin dekabr ayında COVID-19 üçün müsbət test edib. Simptomların yox olmasına baxmayaraq, testlər 2022-ci ilin yanvarına qədər müsbət qalıb. Həkimlər britaniyalıda virusun erkən ştammının olduğunu söyləyib.

Məlum olub ki, kişinin böyrək transplantasiyasından sonra immun sistemi zəifləyib. Ştammı müəyyən edən həkimlər ABŞ-ın keçmiş prezidenti Donald Trampa da xəstəliklə mübarizə aparmağa kömək edən məşhur Amerika dərmanı "Regenero"nun köməyi ilə xəstəni sağalda biliblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Koronavirusdan 411 gün sonra sağalıb


RƏYLƏR