Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb - FOTO

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb - FOTO

Tarix: 6 Noyabr 2022 10:22

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Nəticədə 2 nəfər suda boğulub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sabirabadda avtomobil kanala aşıb 2 nəfər ölüb FOTO


RƏYLƏR