Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlilliyi olan şəxslər səyyar formada reabilitasiya vasitələri ilə təmin edilib

Əlilliyi olan şəxslər səyyar formada reabilitasiya vasitələri ilə təmin edilib

Tarix: 4 Oktyabr 2019 18:16

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi Bakıya gəlmək imkanları olmayan əlilliyi olan şəxslərin səyyar formada reabilitasiya vasitələri ilə təminatı işlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə cari ilin sentyabr ayında Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında əlilliyi olan vətəndaşlara səyyar protez-ortopedik xidmətlər göstərilib. Qeyd olunan rayonlarda 54 əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Həmin vətəndaşlara 1 ədəd yuxarı ətraf protezi, 2 cüt ortopedik ayaqqabı, 1 ədəd bandaj, 3 əlil arabası, 26 cüt dirsəkaltı, 20 cüt qoltuqaltı ağac, 46 ədəd əsa, 116 ədəd güdül üçün corab, 28 ədəd dizlik, 3 ədəd yara əleyhinə döşəkcə, 86 ədəd rezin ucluq verilib.

Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti mərhələdə cənub bölgəsində yaşayan əlilliyi olan şəxslərə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əlilliyi olan şəxslər səyyar formada reabilitasiya vasitələri ilə təmin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ