Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 12:52
İranın milli valyutası olan tümən dollara nisbətdə son 50 gündə 16 faiz ucuzlaşıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "Radio Farda"da İran iqtisadiyyatına dair dərc olunan məqalədə bildirilib.
Məlumata görə, ölkədə keçirilən etiraz aksiyalarından əvvəl bir dollar İranda 31 750 tümənə satılıb. İndi isə bu, 510 tümən bahalaşaraq 36 750 tümənə mübadilə olunur.
Həmçinin qeyd edilib ki, ölkədə bütün gündəlik tələbat mallarına və ərzaqlara, o cümlədən un, toyuq əti, yumurta, kərə və duru yağa tətbiq edilən güzəştlər ləğv edilib.
Xatırladaq ki, İbrahim Rəisi İranda prezident seçildikdən kütləvi etirazlar başlayana qədər tümən dollara nisbətdə 27 faiz ucuzlaşıb.