Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kraliça II Elizabetin sürücülük vəsiqəsi hərracda satılacaq - FOTO

Kraliça II Elizabetin sürücülük vəsiqəsi hərracda satılacaq - FOTO

Tarix: 8 Noyabr 2022 18:18

Noyabrın 8 və 9-da Britaniyanın Kolçester şəhərində keçiriləcək "Royal Fine Art & Antiques" hərracında mərhum II Elizabetin bir çox əşyaları satışa çıxarılacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əşyaların arasında nadir fotoşəkillər, eləcə də Böyük Britaniyanın o zamankı gələcək Kraliçasının Qadın Yardımçı Ərazi Korpusunda xidmət edərkən aldığı müvəqqəti sürücülük vəsiqəsi yer alacaq.

Sənəddə Elizabetin özünün də imzası var.

Sənədin ilkin qiyməti təxminən iki min funt sterlinqdir.

Milli.Az


Etiketlər:  Kraliça II Elizabetin sürücülük vəsiqəsi hərracda satılacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ