Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 18:50
Qaz sayğacları dəyişdirilib, amma vəsait yükləməkdə problem var. Səbəb isə kənddə ödəmə terminalının olmamasıdır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət Salyan rayonunun Yenikənd kəndindən gedir.
Sakinlər deyirlər ki, qısa müddət əvvəl Salyan Qaz İstismar Sahəsinin əməkdaşları sayğacları dəyişdiriblər və evlərə smart sayğaclar quraşdırıblar. Ancaq kənddə ödəniş terminalı olmadığından sakinlər karta vəsait yükləmək üçün 25 kilometr məsafə qət edərək rayon mərkəzinə getməli olurlar. Bu da onlar üçün əlavə xərcə səbəb olur.
Kənd sakinlərinin sözlərinə görə, onların həm vaxt, həm də əlavə xərc baxımından hər dəfə rayon mərkəzinə getməyə imkanları olmur.
Salyan Rayon Qaz İstismar sahəsindən bildirilib ki, smart tipli sayğaclar şəhid və qazi ailələrinin mənzillərinə onların istəyi əsasında quraşdırılır. Smartkarta pul yükləmək üçün kənddə terminalların qruraşdırılmasına gəlincə isə, qurumdan bildirildi ki, bu, onların səlahiyyətində deyil. Sakinlər kənddə aparat quraşdırılması üçün terminal şirkətlərinə müraciət etməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: