Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı Finlandiyanın ən zəngin qadını oldu

Rusiyalı Finlandiyanın ən zəngin qadını oldu

Tarix: 10 Noyabr 2022 19:18

Finlandiyanın ən varlı qadınları siyahısında birinci yerdə Rusiyada doğulmuş sahibkar Mariya Severina qərarlaşıb.

Milli.Az bildirir ki, "İlta-Sanomat" qəzetinin məlumatına görə, 2021-ci ildə o, 18,2 milyon avro qazanıb.

Finlandiyanın ən uğurlu iş adamları reytinqində Severina 20-ci yeri tutub. Sahibkar, koronavirus pandemiyası zamanı artan tələbat olan diaqnostika və tibbi testlər üçün antigenlər və antikorlar istehsal edən "HyTest" şirkətinin təsisçisidir.

O, 2022-ci ilin yanvarına qədər şirkətin baş direktoru vəzifəsində çalışıb. 2021-ci ilin ikinci yarısında "HyTest" beynəlxalq tibbi cihaz istehsalçısı "Mindray"a satılıb. Hazırda Severina "Almaral" investisiya şirkətini idarə edir.

Sahibkar təhsilini və biologiya və immunologiya üzrə fəlsəfə doktoru dərəcəsini Moskvada alıb. O, təxminən 30 il əvvəl Finlandiyaya köçüb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Rusiyalı Finlandiyanın zəngin qadını oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ