Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada atışmada iki polis əməkdaşı həlak olub

İtaliyada atışmada iki polis əməkdaşı həlak olub

Tarix: 5 Oktyabr 2019 04:56

Bakı. Trend:

İtaliyanın şimalındakı Triest şəhərində baş verən atışma nəticəsində iki polis həlak olub.

Trend-in məlumatına görə, bu barədə "RaiNews 24" xəbər portalı bildirib.

Məlumata əsasən, atışma şəhər kvesturası (polis şöbəsi) qabağında olub.

Atışma nəticəsində 5 polis və hücum edən şəxsin qardaşı yaralanıb. İki polis əməkdaşı, 34 yaşlı Pyerluici Rotta və 31 yaşlı Matteo De Meneqo həlak olub.

Atəş açan şəxs və onun qardaşı həbs edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İtaliyada atışmada polis əməkdaşı həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ