Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəb yaxınlığında atəş açan şəxs saxlanıldı

Məktəb yaxınlığında atəş açan şəxs saxlanıldı

Tarix: 11 Noyabr 2022 19:08

Rusiyada, Kurqan vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları 1 saylı məktəbin yaxınlığında atəş açan Şuçye şəhər sakinini saxlayıb.

Milli.Az bildirir ki, bu barədə TASS mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, noyabrın 10-da səhər saatlarında təqsirləndirilən şəxs karabinlə avtomobillərə atəş açmağa başlayıb. Həbs zamanı rusu yaşayış binalarından geriyə, meşəyə yönləndirə biliblər. Onun silahları müsadirə edilib.

Xəsarət alan olmasa da, məktəbdə dərslərin ləğv edildiyi qeyd edilib. İndi təhsil ocağında dərslər bərpa olunub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məktəb yaxınlığında atəş açan şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ