Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sevdiklərim bilir ki, o mənim həyatımda çox xüsusi bir insan olub" - FOTO

Tarix: 11 Noyabr 2022 19:25

Amerikalı aktrisa və pop müğənnisi Cennifer Lopez ilk dəfə olaraq Hollivud aktyoru Ben Affleklə 18 il sonra yenidən birləşmək qərarının səbəblərini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, yenidən ünsiyyət qurmaq təşəbbüsü ilə Afflek tərəfindən olub. Bu, müğənninin məşhur beysbolçu Aleks Rodriqeslə nişanlandığını elan etməsindən sonra baş verib. Həmin vaxt Afflek ona elektron məktubla nişanlanması münasibətilə təbrik edib. Bundan sonra onların ünsiyyəti davam edib, hətta arabir görüşüblər.

Tədricən hər ikisi hisslərinin qaldığının fərqinə varıblar.

"Aydındır ki, biz ictimaiyyət arasında görünmədik. Amma mən əsla əsl sevgimiz olduğunu hiss etdiyim faktını təkzib etmədim. Sevdiklərim bilir ki, o mənim həyatımda çox xüsusi bir insan olub. Yenidən birləşdiyimiz zaman o hisslər hələ də real idi", - deyə Lopez danışıb.

Xatırladaq ki, Ben Afflek və Cennifer Lopez 2022-ci ilin yayında Nevada ştatının Klark qraflığında evləniblər. Onlafr 18 il əvvəl nişanlı olublar, lakin az sonra ayrılmışdılar.

Milli.Az


Etiketlər:  Sevdiklərim bilir ki o mənim həyatımda çox xüsusi bir insan olub FOTO


RƏYLƏR