Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden indi də bu ölkələri səhv saldı

Bayden indi də bu ölkələri səhv saldı

Tarix: 13 Noyabr 2022 11:20

Son zamanlar kürsüdən enərkən boşluğa salam vermək, yolunu itirmək kimi nümunələrlə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitindəki çıxışında ev sahibi ölkə Kamboca ilə Kolumbiyanı səhv salıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bayden Kambocanın paytaxtı Pnompendə keçirilən ASEAN sammitində iştirakçı ölkələrə müraciət edib.

Çıxışında ev sahibi Kambocaya təşəkkür etmək istəyən Bayden səhvən bu ölkəni "Kolumbiya" adlandırıb:

"İndi biz Kambocada yenidən birləşdiyimiz üçün mən artıq əldə etdiyimizdən daha güclü irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirəm. Kolumbiyanın ASEAN-ın rəhbərliyinə və Baş nazirə hamımızı qəbul etdiyinə görə təşəkkür edirəm. Mən həmçinin təsdiq etmək istəyirəm ki, İndoneziyanın bu il gördüyü bütün işlərdə iştirak edəcəyik".

Milli.Az


Etiketlər:  Bayden indi bu ölkələri səhv saldı


RƏYLƏR