Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 13:44
Rusiyanın Donetsk vilayətində hücum əməliyyatları yaxın həftələrdə ora daha çox səfərbər edilmiş qoşunlar, eləcə də Xersondan çıxarılan qüvvələrin hesabına intensivləşəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, bölgədəki Ukrayna qüvvələri güclü təzyiqə məruz qalacaq:
"Kiyev Rusiyanın bu canlanmış hücumlarından müdafiə üçün qoşunlarını yenidən yerləşdirməli olacaq. Ruslar səylərə baxmayaraq, çətin ki, əhəmiyyətli döyüş uğurları əldə etsinlər. Rusiyanın səfərbər edilmiş hərbiçiləri özlərini kifayət qədər hazırlıqsız, zəif təchiz olunmuş və döyüşməyə çox həvəssiz olduqlarını göstəriblər. Onlar böyük qrup halında yox, əksinə doqquz aydır fasiləsiz döyüşən, canlı qüvvə və texnika itkilərinə məruz qalan, əsasən ruhdan düşmüş bölmələri əvəz etmək üçün fərdi və ya kiçik hissə kimi göndərilir".
Qeyd olunub ki, general Surovikinin ordunu genişmiqyaslı hücum, mexanikləşdirilmiş manevr müharibəsi aparmağa qadir bir qüvvəyə çevirə bilməsi ehtimalı çox azdır.