Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 20:38
Niderland hökuməti gənclərin narkotik vasitə kimi istifadə etməsi səbəbindən 2023-cü il yanvarın 1-dən etibarən "şənləndirici qaz" kimi tanınan azot oksidinin istifadəsinə qadağa qoyub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müvafiq qərar bazar ertəsi dərc edilib.
Gələn ildən ölkə əyləncə məqsədilə istifadə üçün "şənləndirici qaz"ın idxalını, satışını və ya saxlanmasını qadağan edəcək. Eyni zamanda, azot oksidi tibbi və texniki məqsədlər üçün, həmçinin qida məhsullarına əlavə olaraq istifadə edilə bilər.