Tarix: 6 Oktyabr 2019 00:56
Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Sandhauzen”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
Start heyətdə meydana çıxan Nazarov 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Aue təmsilçisi 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb.