Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

Tarix: 19 Noyabr 2022 07:42

Soyuducunun buzluğu evin ən lazım olan yerlərindən biridir. Bu yerdə bir çox ərzaqlarımızı saxlayırıq. Buzluğumuz olmasa biz bəzi qida məhsullarımızı istədiyimiz qədər saxlaya bilmərik. Biz buzlqda bir çox qida məhsullarımızı saxlayırıq. Lakin, bəzi qida məhsulları vardır ki, onları buzluqda saxlamaq olmaz . Çünki, həmin məhsullar buzluqda saxlanılan zaman onların keyfiyyəti itir və faydasız bir tullantıya çevrilirlər. Bu qida məhsullarına aşağıdakılar aiddir.
1. Bir sıra tərəvəzlər
Qarpız, alma, kartof, xiyar kimi tərəvəzlər buzluğa qoyulduqda onların keyfiyyəti itir. Bu səbəbdən də onları dondurucuya qoymaq olmaz.
2. Donmuş ət  
Buzluqdan çıxarıldıqdan sonra donu açılmış əti yenidən dondurmaq olmaz. Bu zaman ətin dadı və keyfiyyəti korlanır. Donu açılmış ətdə inkişaf etmiş bakteriyalar sonradan artıb çoxalır və orqanizm üçün zərərli hala gəlir. Bu səbəbdən də donu açılmış əti yenidən donduqmaq qəti olmaz.
3. Makaron və vermeşil
Bişmiş makaronu buzluqda saxladıqda onun keyfiyyəi tamamiə itir və istifadəyə yaramır. Bu səbəbdən də lazım olan qədər makaron bişirin və ya saxlamaq istədikdə soyuducunun aşağı hissəsində saxlayın.
4. Kofe dənələri
Kofe dənələrini buzluğa qoyduqda nəm çəkir və keyfiyyətini itirir. Kofe dənələrini buzluğa qoymaqdansa hermetik qabda saxlamaq daha münasibdir.
5. Konservlər
Konservlərin buzluqda saxlanılması qəti qadağandır. Konservlərin qapağı açıldıqda onların hermetikliyi itir Bu səbəbdən də açdıqdan sonra onlardan qısa bir zamanda istifadə etmək lazımdır.
6. Yumurta  
Yumurta buzluqda saxlanılmasına yol verilməyən qidaların siyahısında altıncı yerdə durur.
7. Kremlər
Krem formalı qida məhsullarını dondurucuda saxladıqda onlar öz keyfiyyətlərini elə itirirlər ki, əvvəkli dadları qalmır. Bu qidalara smetan, yoqurt, bişmiş krem, qatıq və s. aiddir.
8. Yumşaq pendir
Dondurucuda bərk pendirləri saxlamaq mümkün olur, amma, az sıxılmış yumşaq pendirləri dondurucuda saxlamaq mümkün olmur. Bu zaman onların dadı və keyfiyyəti itir.
9. Souslar, kraxmalla və ya unla qatılaşdırılmış qidalar  
Bu cür qidaların buzluqda saxlanılması qidaların keyfiyyətinin, görüntüsünün və dadının dəyişilməsinə səbəb olur.
10. Ərinmiş dondurma  
Ərinmiş dondurmaları yenidən buzluqda saxlamaq dondurmanın keyfiyyətini itirir. Bu zaman dondurmanın dadı da dəyişilir.
11. Qızardılmış qidalar
Qızardılmış qidaları və hazır şəkildə alınmış qidaları dondurucuda saxlamaq mümkün deyil. Bu zaman onların dadı əvvəlki kimi olmur və tərkibində bakteriyalar əmələ gəlir və orqanizm üçün təhlükəli sayılır.
Sağlamlığınıza diqqət yetirmək istəyirsinizsə o zaman qəbul etdiyinizi qidaların necə saxlanılması qaydalarını diqqətlə öyrənin və öyrəndiklərinizə əməl edin.

Milli.Az


Etiketlər:  Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ