Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda güc strukturlarının əməkdaşları ən azı 58 uşağı öldürüb

İranda güc strukturlarının əməkdaşları ən azı 58 uşağı öldürüb

Tarix: 20 Noyabr 2022 14:44

İranda Məhsa Aminin ölümü ilə nəticələnən etirazların dağıdılması zamanı ölkənin güc strukturlarının əməkdaşları tərəfindən ən azı 58 uşaq öldürülüb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, 18 yaşdan kiçik 45 oğlan və 12 qız güc strukturlarının açdığı atəşin qurbanı olub.

Təkcə son bir həftədə 5 uşaq təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Ötən həftə ölənlər arasında İranın Xuzistan əyalətinin İze şəhərində 9 yaşlı Kiyan Pirfələk da var.

Qeyd edək ki, mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub. Məlumata görə, etirazlarda 402 nəfər həlak olub.


Etiketlər:  İranda güc strukturlarının əməkdaşları azı uşağı öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ