Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 22:58
İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan və iki aydan çoxdur davam edən etirazlarda 47-si uşaq olmaqla 378 nəfər həlak olub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "İran İnsan Haqları" təşkilatı məlumat yayıb.
"İran hökuməti nümayişçilərin öldürülməsini İŞİD döyüşçüləri ilə əlaqələndirib və bu yanaşmadan silahdan istifadənin artırmaq üçün bəhanə kimi istifadə etməyə çalışır", - İran İnsan Haqlarının rəhbəri Mahmud Amiri-Müqəddam bildirib.
Norveçdə yerləşən "Hengaw" insan haqları təşkilatının məlumatına görə, təhlükəsizlik qüvvələri son üç gündə Kürdüstan bölgəsində azı 4 nəfəri güllələyiblər.
Həmçinin qrup son beş gündə nümayişçilərə qarşı hücumlarda ölümcül silahlardan istifadəni əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.
Qrup fəalları İran təhlükəsizlik qüvvələrini öldürülən etirazçıları gizli şəkildə dəfn etməkdə günahlandırıblar ki, onların dəfn edilməsi İran rəhbərliyinə qarşı yeni etirazlara səbəb olmasın.
Qeyd edək ki, bu il sentyabrın 16-da İranda əxlaq polisi tərəfindən səhv hicab geyindiyinə görə həbs edilən 22 yaşlı tələbə Məhsa Əmini dünyasını dəyişib. Onun ölümündən sonra ölkədə etirazlar başlayıb.