Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neft embarqosu tanker çatışmazlığı yaradıb

Neft embarqosu tanker çatışmazlığı yaradıb

Tarix: 21 Noyabr 2022 09:22

Neft tankerlərinin sahibləri gündəlik qazanclarının rekord həddə - 100 min dollara yüksəlməsindən məmnundurlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə bir supertankerə düşən gündəlik mənfəət 99,628 dollara çatıb ki, bu da son dörd il ərzində orta yükdaşıma gəlirindən dörd dəfə çoxdur.

Brokerlər bu rəqəmin 150-200 min dollara qədər yüksələcəyini proqnozlaşdırırlar.

Ekspertlərin fikrincə, Avropanın Rusiya neftinin dəniz yolu ilə daşınmasına qoyduğu qadağa dekabrın 5-də tam qüvvəyə minəcək və bu, ticarət yolları boyunca yaranan çətinlikləri daha da dərinləşdirəcək.

Milli.Az


Etiketlər:  Neft embarqosu tanker çatışmazlığı yaradıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ