Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Partiyanın bir üzvü nə qədər üzvlük haqqı ödəyə bilər? - Rəqəm dəyişir

Partiyanın bir üzvü nə qədər üzvlük haqqı ödəyə bilər? - Rəqəm dəyişir

Tarix: 21 Noyabr 2022 12:51

Azərbaycanda qeydiyyata alınmış siyasi partiyanın bir üzvünün il ərzində quruma ödədiyi üzvlük haqlarının yuxarı həddi müəyyən edilir.

Milli.Az bildirir ki, bu barədə "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenilənmiş redaksiyasında bildirilir.

Qeyd olunur ki, bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz.

Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

Xatırladaq ki, qanun layihəsinin bundan əvvəlki versiyasında müvafiq məbləğ 10 000 manat nəzərdə tutulurdu.

Milli.Az


Etiketlər:  Partiyanın üzvü qədər üzvlük haqqı ödəyə bilər Rəqəm dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ