Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 08:04
İranın elektrik şəbəkələrinin Rusiya, Azərbaycan və Ermənistanla sinxronlaşdırılması layihəsi hazırda icra mərhələsindədir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.
Onun sözlərinə görə, Rusiya və İranın elektrik şəbəkələrinin ilkin sinxronlaşdırılması başa çatıb, həmçinin Rusiya, Ermənistan, Azərbaycan və İranın elektrik şəbəkələrinin birgə sinxronlaşdırılması üçün texniki tədbirlər həyata keçirilir.
"Elektrik şəbəkələrinin sinxronlaşdırılması və qoşulması İranda enerji sisteminin sabitləşməsinə kömək edəcək", - deyə o bildirib.
Nazir əlavə edib ki, ölkəsi layihənin texniki sektorlarının inkişafı ilə məşğuldur. O, həmçinin qeyd edib ki, adıçəkilən ölkələr elektrik enerjisinin mübadiləsini də müzakirə edirlər.
"Elektrik enerjisinə ehtiyacımız olanda onu Azərbaycan, Ermənistan və Türkmənistandan idxal edə bilərik", - deyən nazir əlavə edib ki, profisit olduğu dövrlərdə İran elektrik enerjisi ixrac edilə bilər.