Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 22:30
Qazaxıstan Rusiya ilə birgə iri layihələrdən birini - Çukotkada dağ-mədən və zənginləşdirmə zavodunun tikintisinə investisiyaları dondurub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Qazaxıstanın ən böyük mis istehsalçılarından biri olan "KAZ Minerals" şirkəti 2028-ci ilə qədər Rusiya Federasiyası ilə birgə mədən və zənginləşdirmə zavodunun (GZK) tikilməsi planlaşdırılan Çukotkada Baim filiz zonasının işlənməsi layihəsinə investisiya qoyuluşunu təxirə salıb.
Enerji bazarındakı mənbənin bildirdiyinə görə, Qazaxıstan şirkəti Rusiyanın "Atomenerqomaş" şirkətindən GZK-nın tədarükü üçün sifariş verdiyi üzən enerji bloklarının istismara verilməsi tarixlərini indiyədək təxirə salıb. Başqa bir insayderə görə, hər il 70 milyon ton mis filizi və qızıl hasil edilməsi planlaşdırılan enerji blokları üçün son müddətlər ən azı bir il təxirə salınıb.
"Eyni zamanda, gücü 106 MVt olan ilk iki blok artıq "Rosatom"un "qızı" tərəfindən tikilir: onlar üçün korpuslar Çində sifariş edilib və 2023-cü ilin sonunda Rusiyaya çatdırılması gözlənilir. Dövlət korporasiyası üçüncü və dördüncü blokların tikiləcəyi yer barədə bu ilin sonuna kimi qərar verməyi planlaşdırırdı.
Lakin bu, Qazaxıstan-Rusiya birgə iri layihələrinin ilk dayandırılması deyil. Bu yaxınlarda Qazaxıstan tərəfi "Transtelecom" SC və Rusiyanın "Secure Information Zone" ("Bison") şirkətinin təxminən 2,4 milyard rubl və ya 39 milyon dollar dəyərində birgə layihəsi çərçivəsində əməkdaşlığı dayandırıb.