Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəllədaxili təzyiq zamanı baş ağrısı necə olur?

Kəllədaxili təzyiq zamanı baş ağrısı necə olur?

Tarix: 24 Noyabr 2022 23:06

Baş ağrılarının bir səbəbi də kəllə daxili təzyiqi artmasından ola bilər.

"Medicina" xəbər verir ki, nevroloq Viktor Şaxnoviç kəllədaxili təzyiqin necə baş verdiyini açıqlayıb.

"Kəllədaxili təzyiq onurğa iliyi mayesi - likvorun dövründə disbalans zamanı yaranır. Onurğa mayesinin baş beyinə və geri axmasında problem onurğada, başda travma, şiş, infeksiya, hidrosefaliya, oksigen aclığı, qan sızma, anevrizmalar zamanı ola bilər.
Kəllədaxili təzyiq zamanı baş ağrısı spesifik olur. Ağrı gözə vurur, təzyiq düşür, ürəkbulanma, zəiflik, baş hərlənməsi olur.

Görmə pisləşir, insan sadəcə bir yerdə oturmaq və ya uzanmaq istəyir.

Bu ağrı miqrenə oxşayır. Amma fərqləndirmək üçün mütləq nevroloq müayinəsindən keçmək lazımdır".


Etiketlər:  Kəllədaxili təzyiq zamanı baş ağrısı necə olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ