Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 14:06
Rusiya Voronej vilayətində sərhədyanı rayonların sakinlərini təxliyə etməyə hazırlaşır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Verstka" nəşri müvafiq sənədə istinadən məlumat yayıb.
"Hakimiyyət Rusiyanın Ukrayna ilə sərhədlərindən 100 km məsafədə yerləşən 15 kənd və fermanın sakinlərini evakuasiya etmək niyyətindədir. Söhbət Dalnepolubyanski, Krivopolyanski, Olşanski və Petrenkovski kənd yaşayış məntəqələrindən gedir. Sözügedən ərazilərdə fəaliyyət göstərən hökumət nümayəndləri Voronej vilayətinin qubernatorunun göstərişinə əsasən, daha təhlükəsiz ərazilərdə yaşayan qohumlarla mümkün yaşayış barədə əhali ilə iş təşkil edirlər. Rəhbərlik həmçinin yerli sakinlərdən hansının şəxsi nəqliyyat vasitəsi ilə evakuasiya oluna biləcəyini öyrənməyə çalışır. Toplanmış məlumatlar dekabrın 12-dək mülki müdafiə və fövqəladə hallar üzrə yerli vahid dispetçer xidmətinə təqdim edilməlidir", - məlumatda deyilir.