Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 18:27
Azərbaycanın İtaliya ilə əla münasibətləri var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
Dövlətimizin başçısı bildirib: "İtaliya ilə bizim ikitərəfli münasibətlərə gəldikdə, mən onları əla münasibətlər adlandırardım. Biz İtaliyanın yeni hökuməti ilə bu strateji istiqamətdə işləmək üçün nə mümkündürsə edəcəyik".