Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 14:30
Niderland millisinin baş məşqçisi Lui van Qal rekorda şərik olub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 71 yaşlı çalışdırıcı buna dünya çempionatının qrup mərhələsinin Ekvadorla matçında (1:1) nail olub.
Bu görüşdə qeydə alınan bərabərlikdən sonra təcrübəli mütəxəssis mundiallarda ardıcıl 9-cu matçının əsas vaxtında uduzmayıb.
Bununla, Van Qal 1934-cü və 1938-ci illərdə İtaliya ilə dünya çempionu olan əfsanəvi Vittorio Potsonun rekordunu təkrarlayıb.
Onun Niderland millisinə ötən ilin avqustunda reallaşan qayıdışından sonra komandası məğlub olmayıb. "Narıncılar" bu müddət ərzində keçirdiyi 17 oyunda 12 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.
Qeyd edək ki, A qrupunda yer alan Niderland yığması növbəti matçını 29 noyabrda Qətərə qarşı keçirəcək.