Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 13:28
İranda etirazlarda 451 nəfər həlak olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.
Bildirilib ki, ölənlərin 63-nün yaşı 18-dən az olan şəxslərdir.
Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 173 nəfər həbs olunub. Onlardan 3 332 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 566 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub.
Məlumata görə, ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 60 nümayəndəsi öldürülüb.
Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.