Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 15:30
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:
- həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" üzrə:
- 5.1-ci bənddən ", həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri çıxarılsın;
- 5.8-ci bənddən ", Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən" sözləri çıxarılsın;
- həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu"na aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:
"2.1.1-1. Naxçıvan Baş Gömrük İdarəsi;".
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.