Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 17:36
Məşhur cütlük Ketrin Zeta Consla Maykl Duqlas evliliklərinin 22-ci ildönümünü qeyd edib.
Mili.Az axşam.az-a istinadən xəbər verir ki, 53 yaşlı aktrisa "The telegraph"a açıqlamasında həyat yoldaşı ilə münasibətləri haqqında maraqlı açıqlamalar verib.
"Uzun müddət bir insanla yaşayıb hər gün onunla oyananda enişli-yoxuşlu yollardan keçməmək mümkün deyil. Evli olmağı çox sevirəm, amma bu barədə düşünəndə dəlilik olduğunu fikirləşirəm" deyə, Ketrin bildirib.
Aktrisa etiraf edib ki, bəzən hər şeyi dəyişdirmək istəyir:
"Haradasa 25 ildir onunla bir oyanıram. O, mənim sərvət xərcləyərək aldığım "Chanel" çantası kimidir. Daha sonra ondan xoşum gəlmir və satışa qoymalı olduğumu düşünürəm".
O, fikirlərini bu sözlərlə yekunlaşdırıb:
"Bir-birimizə hörmət edirik və onun məndən 25 yaş böyük olduğunu heç vaxt hiss etməmişəm. İnsanların dediklərini xatırlayıram: "Sənin 50 yaşın olanda onun 75 yaşı olacaq". Bəli, amma bu sadəcə riyaziyyatdır".