Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 17:46
Bundan sonra vətəndaşlara kredit verilərkən müxtəlif qurumların yazdığı cərimələr də nəzərə alınacaq.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, vətəndaşların təkcə bank kreditləri deyil, həm də onların inzibati cərimələri barədə məlumatları da kredit bürosunun elektron sisteminə əlavə ediləcək.
Banklar kredit müraciətlərinə baxarkən həm yol polisi, həm də digər qurumlar tərəfindən yazılan cərimələri də sistemdə görə biləcəklər.
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, yeniliyə səbəb vətəndaşları inzibati öhdəlikləri vaxtında yerinə yetirməyə təşviq etməkdir.
Həmçinin banklar bu yolla vətəndaşların davranışlarının qiymətləndirilməsi üçün dəqiqi məlumat əldə edə biləcəklər.
Qeyd edək ki, Azərbaycan Kredit Bürosu bu istiqamətdə artıq prosesə başlayıb və dəyişiklik yeni ildən tətbiq ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: