Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkilindən nazirə dəstək

Millət vəkilindən nazirə dəstək

Tarix: 8 Oktyabr 2019 09:20

Bakı. Trend:

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Kəlbəcər rayon 108 saylı tam orta məktəbin direktoru icarə haqqı adı ilə müəllimlərdən vəsait topladığına görə tutduğu vəzifədən uzaqlaşdırılıb. Verilən xəbərlərə görə, nazir müavini və nazirliyin nümayəndələri məktəbdə olublar. Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Daşınma və icarə haqqı ilə bağlı bütün xərclər dövlət tərəfindən ödənilsə də, məktəbin direktoru icarə haqqı adı ilə məktəbin müəllimlərindən vəsait toplanmasına göstəriş verib.

Belə xəbərləri eşidəndə həm təccüblənirsən, həm də təəssüflənirsən. Dövlət tərəfindən son illər ölkədə təhsil sahəsinin inkişafı üçün irimiqyaslı layihələr həyata keçirilir. Cənab Prezident tərəfindən, Heydər Əliyev Fondu tərəfindən bu sahəyə diqqət və qayğı durmadan artır. Təhsil sahəsinin maddi-texniki bazası ildən-ilə güclənir, müəllimlərin, məktəb rəhbərliyinin, ümumilikdə bütün təhsil işçilərinin əməkhaqqı artırılır. Təhsil nazirliyi tərəfindən təhsilin inkişafı üçün hərtərəfli islahatlar aparılır və artıq bu islahatlar öz nəticəsini verir.

Gələcəkdə belə halların baş verməməsi üçün nazir tərəfindən bu hadisəyə belə operativ münasibət bildirilməsi və direktorun işdən kənarlaşdırılması tədqirəlayiqdir. Təhsil millətin formalaşmasında, mədəni səviyyəsinin qaldırılmasında həlledici amildir. Hazırda məktəblərdə oxuyan şagirdlər Azərbaycanın sabahkı qurucularıdır. Ona görə də təhsil müəssisələrinə rəhbərlik edən şəxslərin bilik və idarəetmə bacarıqları ilə yanaşı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərinin olması böyük əhəmiyyət daşıyır.

Ancaq belə nöqsanların aradan qaldırılması, belə hallara qarşı mübarizə aparmaq təkcə Təhsil Nazirliyinin işi olmamalıdır. Bu işdə məktəblərdə fəaliyyət göstərən Valideyn komitələri, Valideyn-Müəllim Assosiasiyaları, ümumiyyətlə bütün cəmiyyət yaxından iştirak etməlidir.

Ancaq ümumi səylər nəticəsində belə xoşagəlməz halların qarşısını almaq olar. İnanıram ki, cəmiyyət tərəfindən göstərilən hərtərəfli dəstək nəticəsində təhsil sahəsində həyata keçirilən islahatlar daha da genişlənəcək və öz uğurlu nəticələrini verəcək.

Millət vəkil
Rauf Əliyev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Millət vəkilindən nazirə dəstək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ