Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Puqaçovanın Ukraynaya kömək “hiyləsi” - FOTO

Puqaçovanın Ukraynaya kömək “hiyləsi” - FOTO

Tarix: 3 Dekabr 2022 17:25

Alla Puqaçova Rusiya Federasiyasının Qryazi kəndindəki qəsrində ekskursiyaların keçirilməsinə icazə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənninin pərəstişkarları onun həyatını yaxından görə biləcəklər.

Biletin fotosunu "Dnevniki znamenitostey" "Telegram" kanalı dərc edib. Qeyd olunub ki, ekskursiya zamanı arzu edən hər kəs Puqaçovanın buduarlarını, əri Maksim Qalkinin otaqlarını, qarderobları və klozetləri görə biləcəklər.

Eyni zamanda biletin xeyli baha olmasına baxmayaraq, istənilən çəkiliş qadağandır. Puqaçevanın unitazına baxmaq üçün isə 10200 rubl ödəmək lazımdır.

Qeyd etmək lazımdır ki, Primadonna yığılan pulları özünə saxlamaq niyyətində deyil. Biletdə göstərilir ki, toplanan vəsait Ukraynanın birinci xanımı Elena Zelenskayanın xeyriyyə fonduna köçürüləcək.

Milli.Az


Etiketlər:  Puqaçovanın Ukraynaya kömək hiyləsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ