Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır

Deputat: Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır

Tarix: 8 Oktyabr 2019 12:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən pelnar iclasında çıxış edərkən deyib.

Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf yolu keçdiyini deyən deputat söyləyib ki, hazırkı mərhələdə inkişaf yeni perspektivlər yaradır. H.Məmmədov söyləyib ki, bu perspektivlərin və iqtisadiyyatda daha dərin islahatların həyata keçirilməsi üçün dəyişikliyə ehtiyac var idi:

“Hesab edirəm ki, Əli Əsədov bu fəaliyyətin öhdəsindən layiqincə gələcək. Çünki o, mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ