Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya millisi dünya çempionatları tarixində iki rekorda imza atıb

Braziliya millisi dünya çempionatları tarixində iki rekorda imza atıb

Tarix: 6 Dekabr 2022 11:16

Futbol üzrə Braziliya millisi dünya çempionatlarının tarixinə düşüb.

Milli.Az "report"a istinadən bildirir ki, "sambaçılar" buna Qətərdə keçirilən mundialın 1/8 finalında Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gəlməklə nail olublar.

Cənubi Amerika təmsilçisi turnirlərdə keçirdiyi oyunların (113) və vurduğu qolların (236) sayına görə Almaniyanı keçərək liderliyə yüksəlib. Bundestim yarışla qrup mərhələsində vidalaşıb.

DÇ-2026-yadək hansısa komanda Braziliya millisini keçə bilməyəcək. Amma Argentinanın üçüncü sıraya yüksəlmək şansı var.

Komanda

İştirak sayı

Oyun sayı

Qələbə

Heç-heçə

Məğlubiyyət

Top fərqi

Qazandığı xal

Braziliya

22

113

76

18

19

236-107

246

Almaniya

20

112

68

21

23

232-130

225

İtaliya

18

83

45

21

17

128-77

156

Argentina

18

85

46

15

24

144-96

153

Milli.Az


Etiketlər:  Braziliya millisi dünya çempionatları tarixində iki rekorda imza atıb


RƏYLƏR