Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Best Model of Azerbaijan 2022”nin qalmaqallı qalibi ittihamlara cavab verdi - VİDEO

“Best Model of Azerbaijan 2022”nin qalmaqallı qalibi ittihamlara cavab verdi - VİDEO

Tarix: 7 Dekabr 2022 21:25

Xəbər verdiyimiz kimi, "Best Model of Azerbaijan 2022" müsabiqədə türkiyəli model Liza Uzunun 1,55 sm boyu ilə birincilik əldə etməsi cəmiyyətdə və sosial şəbəkələrdə etirazlarla qarşılanıb.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sözügedən yarışmada qalib olan model xanım "Best Model of Azerbaijan 2022"nin milli direktoru Elxan Paşayevlə birgə "Elgizlə izlə" ictimai-sosial verilişinə gəlib. 

Elgiz Lizanı ailəsi ilə bağlı sorğu-suala tutub. Model xanım isə bunları söyləyib: 

"Atam türk, anam isə azərbaycanlıdır. Atam İstanbulda yaşayır və orada inşaat sektorunda çalışır. O orada binaların tikintisi ilə məşğul olur. Ailədə dörd uşağıq. Mən sayca üçüncü övladam. 22 yaşım var". 

Proqramın gedişatında E.Əkbər "1.55 sm boyla necə birincilik əldə etmək olar?" sualı ilə Elxan Paşayevə müraciət edib. 

O isə müsabiqədə yaşanan qalmaqallı qalibiyyət olayını bu cür şərh edib: 

"Münsiflərin səsverməsi mövzusuna şəxsən mən inanmıram. Çünki "Miss Universe", "Miss World", "Miss Azerbaijan" və s. digər müsabiqələrdə sırf münsiflər heyətinin verdiyi səsvermədə ədalətsizliyin olduğu vurğulanır". 

Verilişin aparıcısı Elgiz Əkbər E.Paşayevin bu mövzuda fikrini sona kimi çatdırmağa icazə verməyib. O proqramın bitdiyinə işarə vuraraq, hər kəsə təşəkkürünü bildirib və canlı efiri yekunlaşdırıb. 

Milli.Az


Etiketlər:  Best Model of Azerbaijan 2022nin qalmaqallı qalibi ittihamlara cavab verdi VİDEO


RƏYLƏR