Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 09:00
Hökumətdə Sosial Demokrat Partiyasını (SDPS) təmsil edən İsveçrənin daxili işlər naziri Alen Berse ölkə prezidenti seçilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, seçkilər çərşənbə günü Federal Məclisin (parlament) iki palatasının birgə iclasında baş tutub.
Səsvermə prosesi Məclisin mətbuat xidməti tərəfindən onlayn işıqlandırılıb.
Berse nazir vəzifəsi ilə eyni vaxtda 12 ay prezident səlahiyyətlərini icra edəcək. O, 2023-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.