Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə minik maşını çörək sexinə çırpıldı - FOTO

Gəncədə minik maşını çörək sexinə çırpıldı - FOTO

Tarix: 8 Dekabr 2022 21:58

Gəncədə yol qəzası olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Gəncədə minik maşını çörək sexinə çırpıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ