Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kulebadan Makrona cavab - “İyrəncdir”

Kulebadan Makrona cavab - “İyrəncdir”

Tarix: 9 Dekabr 2022 07:36

"Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya "Twitter"də yazıb.

"Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya "idman siyasiləşdirilməməlidir" və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir. Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir", - deyə Kuleba bildirib.

Qeyd edək ki, "Paris-2024" Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.


Etiketlər:  Kulebadan Makrona cavab İyrəncdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ