Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 18:39
Bakı. Trend:
Azərbaycanın Güllə atıcılığı üzrə paralimpiya yığma komandası Dünya Çempionatında iştirak edir.
Unibankdan Trend-ə verilən məlumata görə, 7-17 oktyabr tarixlərində Avstraliyada keçiriləcək dünya çempionatında Azərbaycanı Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının baş məşqçi Əkbər Muradovun rəhbərliyi ilə iki idmançı - Yelena Taranova və Kamran Zeynalov təmsil edir. Bu yarış "Tokio 2020" VI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya xalları qazandırır.
Komandanın dünya çempionatında iştirakına Unibank dəstək verir. Qeyd edək ki, Unibank 2020-ci ilədək Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının dəstəkçisidir. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb. Bank 2020-ci ilədək milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olmaqla yanaşı, komandanın inkişafına da dəstək verir.
Unibank-hər kəsin bankı!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin